"Azadlıqda oturub içəridə yatan adamı günahlandıra bilmərik. Bu, onun seçimidir. Görünür, bu yolu seçib".
Bu fikirləri Demokrat.az-a açıqlamasında "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, B.Hacıyevin ev dustaqlığına buraxılması və cəzasının azaldılması daha məqsədəuyğun olardı:
"Bəxtiyar Hacıyevin vəziyyəti haqqında məlumatı onun qohumlarından, vəkilindən alırıq. Əlbəttə, onun vəziyyəti həyəcan doğurur. Düşünürəm ki, onun psixoloji və fiziki vəziyyətinə ciddi nəzarət edilməlidir. Onun istintaqının ev şəraitində davam etdirilməsi üçün gözəgörünən heç bir maneə yoxdur. O, adam ictimai təhlükəli bir şəxs deyil, bu adamın hətta ittiham olunduğu maddə dəhşətli maddə deyil. Ona görə də, bir qədər belə təəssürat yaradır ki, hansısa heyf çıxmaq istəyi var ondan. Bəxtiyar Hacıyevin vəziyyəti ilə bağlı narahatlıq keçirirəm. Hesab edirəm ki, istintaqının ev şəraitində davam etdirilməsi indiki şəraitdə daha yaxşı olardı. Hər bir hökumətin, hüquq-mühafizə orqanlarının vəzifəsi kimisə məhv etmək deyil ki, onu vəzifəsi mümkün qədər beynəlxalq şəraitdə həqiqəti üzə çıxarıb, ona uyğun bir qərar qəbul etməkdir".
Nəzrin Demokrat.az


