Kriminal Özəl

Sərdar Babayevin məhkəməsinin vaxtı açıqlandı

Sərdar Babayevin məhkəməsinin vaxtı açıqlandı

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayevin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanıb.

Demokrat.az xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası martın 9-na təyin edilib.

Qeyd edək ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib.

İstintaq orqanı tərəfindən Sərdar Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il fevralında isə azadlığa buraxılıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az