Region Özəl

Türkiyəli nazir içməli su ilə bağlı xəbərdarlıq etdi

Türkiyəli nazir içməli su ilə bağlı xəbərdarlıq etdi

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Kahramanmaraş Sağlamlıq Müdirliyində mətbuata açıqlama verib.

Demokrat.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, nazir bölgədən götürülən su nümunələri ilə bağlı xəbərdarlıq edib. F.Koca açıqlamasında magistral suyun riskli olmasından danışıb.

Nazir bildirib ki, zəlzələnin ilk günlərindən mütəmadi şəkildə suyun xlorlanması və ölçülməsi işləri aparılıb:

"1533 su nümunəsindən 1354-də xlor nisbətinin kafi, 179-da isə qeyri-kafi olduğu müəyyən edilmişdir. Təhlillər göstərir ki, magistral sudan içməli su kimi istifadə etmək risklidir. Alınan su nümunələrindən 176-sı yararsız hesab edilib".

O, deyib ki, hələlik əhalinin sağlamlığı üçün təhlükə yaradacaq başqa bir vəziyyət yoxdur:

"Zəlzələ bölgəsindəki dağıntılarda işləyən məmurların tetanus peyvəndini etdik. Zəlzələdən zərərçəkənlərə, o cümlədən yaralılara da tetanus vaksini vurulub".

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova