Siyasət Özəl

“Azərbaycan İranın təhdidlərinə cavab verməyə hazırdır”

“Azərbaycan İranın təhdidlərinə cavab verməyə hazırdır”

İranın Azərbaycana qarşı təhdidləri davam edir. Ölkənin “Khabar Online” agentliyində dərc olunan məqalədə “Azərbaycan “böyük qardaş”ına təkəbbür göstərib” ifadəsinə yer verilib. İran birbaşa ölkəmizə hədə-qorxu gələrək rəsmi Bakıya qarşı kəskin mövqe nümayiş etdirib.

Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, İran Azərbaycana qarşı hər zaman neqativ addımlar atıblar. Politoloq qeyd edib ki, İran təhdiddən başqa bir anlayışa malik deyil:

“İran Azərbaycana özünü böyük qardaş adlandırmaq istəyir. Ancaq İran tarix boyu nəinki böyük, heç kiçik qardaşlıq belə etməyib. Düzdür, Ermənistanın böyük qardaşı ola bilər. Bundan başqa, Hizbullahın, İraqda olan digər terrorçuların qardaşıdır. Ümumiyyətlə, İranın Azərbaycanla nə böyük, nə kiçik qardaşlığı olmayıb. Azərbaycan adlı dövlət qurulanda, hələ 1918-ci ili deyirəm, ilk etiraz edən İran olmuşdur. Azərbaycandan tələb etmişdilər ki, bu adı dəyişin. Adi Azərbaycan adını həzm etməyən bir dövlətdir. İran təhdiddən başqa bir şey bilmir. Səfirliyimizə hücum edən terrorçunu dəlixanaya salmaqla kifayəötləndilər. Fikrimcə, İranın təhdidlərinə uymamalıyıq və yalnız güclənməliyik. Biz nə qədər hədəflərimizə addım-addım çatacağıqsa, o zaman İranın da başqa yolu olmayacaq. Sonradan gəlib bir masa arxasında bərabərhüquqlu tərəf kimi münasibətlər qurmağa məcbur olacaq. Ümumiyyətlə, İranın bu cür ittihamları yersizdir”.

Nəzrin Demokrat.az

D
demokrat.az