Braziliyanın San-Paulo əyalətində sel və torpaq sürüşmələrində ölənlərin sayı 50-yə çatıb.
Demokrat.az xarici mediaya istinadla xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, indiyədək təbii fəlakətdə 1815 nəfər evsiz qalıb. İtkin düşən 30-dan çox insanın axtarış-xilasetmə işləri davam edir.
Hadisə nəticəsində elektrik xətləri zədələnib, əyalətlə əlaqə kəsilib.
Hökumət bölgəyə yardım məqsədilə dövlət büdcəsindən yardım ayırdığı deyilir.
Xatırladaq ki, Brazilyanın San-Paulo əyalətində fevralın 18-dən başlayan leysan yağışları hələ də davam edir.
Arzu Demokrat.az


