Dünya Özəl

İspaniyanın baş naziri Kiyevə yollandı

İspaniyanın baş naziri Kiyevə yollandı

İspaniyanın baş naziri Pedro Sançes Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Demokrat.az xarici mətbuata istinadla bildirir ki, İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Polşaya gedən Sançes, oradan qatarla Kiyevə keçib.

Rusiya-Ukrayna müharibəsi başlayandan 2-ci dəfə Kiyevə gedən baş nazirin ölkə prezidenti Volodimir Zelenski ilə görüşəcəyi deyilir.

Həmçinin, onların Rusiyanın hücumlarından zərərçəkmiş bəzi şəhərlərə baş çəkəcəyi də bildirilir.

İspaniyanın müdafiə naziri Marqarita Robles isə açıqlamasında martın sonu və ya aprelin əvvəlində Ukraynaya 6 ədəd "Leopard-2" tipli tanklarının göndəriləcəyini qeyd edib.

Arzu Demokrat.az

D
demokrat.az