Münhendə Prezident İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşündə Ərbil şəhərində Azərbaycanın konsulluğunu açmaq planlarını müzakirə edib. Dövlət başçısı İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi mədəni əlaqələrin, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb.
Azərbaycanın İraq Kürdüstan Regionu ilə əməkdaşlığı, eləcə də Ərbildə konsulluğumuzun açılması barədə danışan politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında konsulluğun açılmasının mümkün olduğunu deyib. Politoloqun sözlərinə görə, bu daha çox tərəflər arasında münasibətlərin inkişaf səviyyəsindən və buna yaranacaq ehtiyacdan doğacaq:
"İraqda bizim çoxsaylı türkmən soydaşlarımız yaşayır. Onalr həm Ərbildə, həm Mosulda, həm Kərkükdə, həm də digər əyalətlərdə yaşayırlar. Digər tərəfdən, İraqın Kürdüstanı muxtar ərazisi Türkiyə ilə olduqca yaxın münasibətlərə malikdir. Türkiyənin ən böyük ticarət ortaqlarından biridir. Türkiyənin həmin bölgədə ciddi sərmayələr yatırıb, kifayət qədər yüksək səviyyəli əlaqələr mövcuddur. Digər tərəfdən İraq Kürdüstan bölgəsi uzunmüddətdən bəri İsraillə çox yüksək əlaqələrə malikdir və bu bölgəsəl yönətim bir çox strukturlarını, xüsusilə də təhlükəsizlik sferasında İsraillə çox ciddi əlaqələri var. Bu əlaqələr 60 ildən yuxarı davam etməkdədir. Eyni zamanda, qeyd etmək lazımdır ki, İraqın Kürdüstan bölgəsinin İranla münasibətlərində kifayət qədər gərginlik yaşanır və İraq bu bölgənin oradakı idarəçiləri özünün düşməni hesab edir və vaxtaşırı bu ərazilərə hücumlar təşkil edir. Bu hücumların nəticəsində kifayət qədər dağıntılar və zərərlər vurulur bölgəyə".
Nəzrin


