Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. İmtahanda bütün suallaradüzgün cavab verənNihad Zeynallı100 bal toplayaraq rekorda imza atıb.
Azərbaycan Dövlətİqtisad Universitetinin tələbəsi olan N.ZeynallıtəəssüratınıModern.az-labölüşüb.
O,magistraturaya qəbul imtahanınahazırlaşarkən bir qədər çətinlik çəkdiyini, lakin məqsədinə çatmaq üçün var gücü ilə çalışdığınıdeyib:
“Düzdür,proses çətin oldu. Son həftələrdə gərgin hazırlıq prosesi gedirdi.Yanvar ayı imtahandan əvvəl ən kritik aydır. Magistratura imtahanı universitet imtahanları ilə üst-üstə düşdüyü üçün bir az çətinlik olur. Mən imtahandan çıxanda ilk reaksiyam müsbət idi. Sözün açığı, 100 bal gözləyirdim. Lakin düşünürdüm ki, texniki səhv ola bilər. Tərəddüd içində idim”.
2001-ci il təvəllüdlü rekordçu bakalavrmaliyyə ixtisası üzrə təhsilini davam etdirməyi düşündüyünü söyləyib:
“Hazırda heç bir fikrim yoxdur, sadəcə eyforiyadayam. Daha dəqiq seçimi qarşıdakı aylarda edəcəyəm.Yəqin ki, öz ixtisasım - maliyyə üzrə təhsilə davam edəcəyəm. Xaricdə oxumaq heç də pis olmazdı.Hələlikölkəmizdə oxumağı planlaşdırıram. Xaricə getmək üçünqərar verməyə tələsmirəm”.
Qeyd edək ki,N.Zeynallı Şəmkirdəki“Baku Oxford” məktəbinin məzunudur.


