"Ruben Vardanyan ilk gündən xüsusi missiya ilə Rusiyanın siyasi rəhbərliyi tərəfindən Qarabağa göndərilib".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya sədri əlavə edib ki, Vardanyan bu müddət ərzində öz ritorikası ilə fərqlənirdi: "Fəaliyyətə öz ritorika ilə başlamışdı və ətrafında olan erməni separatrçılarını da ruhlandırırdı. Amma Azərbaycanın yürütdüyü siyasət onun planların üstündən xətt çəkdi. Xüsusilə də, bu aksiyanın davamlı olaraq davam etməsi Azərbaycanın irəli sürdüyü ciddi şərtlər və tələblər Vardanyanın planını həyata keçirməsinə çox ciddi maneə oldu. Ona görə də, Qarabağı tərk edib öz ağalarının yanına qayıtmışdı. Çox güman ki, Vardanyan indi yeni planlar, fikirlərlə gəlib və taktiki gedişlər üçün ona tapşırıqlar verilib. Düzdür, hələ sakitlikdir, əvvəlki kimi ritorikası ilə gündəmə gəlmir. Bu yaxın dövr ərzində bilinəcək Vardanyan hansı tapşırıqlar alıb. Təbii ki, Azərbaycan Vardanyan kimilərinə əl-qol açmağa heç bir halda imkan verilməyəcək. Azərbaycan öz ərazilərində suverenliyini sona qədər bərpa edəcək".