Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli tərk edilmiş bina çöküb.
Demokrat.az DHA-ya istinadla bildirir ki, hadisə Fatihdəki Kasım məhəlləsində baş verib.
Hadım Odaları küçəsində yerləşən üçmərtəbəli bina yerli vaxtla saat 11:00-da çökməyə başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və polislər gəlib.
Verilən məlumatda insan tələfatının olmadığı bildirilir.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Arzu Demokrat.az

