Türkiyəyə NATO-nun göndərəcəyi 600 konteyner evinin dünən axşam saatlarında İtaliyanın Taranto limanından yola düşdüyü açıqlanıb.
Demokrat.az xəbər verir ki, mərkəzi Kahramanmaraş olan zəlzələlərdən sonra NATO-nun zəlzələ bölgəsinə 1000 konteyner evinin göndərəcəyi bildirilib.
Daşınma NATO-nun Neapoldakı Müttəfiq Qüvvələr Komandanlığı və NATO Dəstək və Təchizat Ofisinin koordinasiyası ilə həyata keçirilir. Zəlzələdən zərərçəkmiş ən azı 4000 nəfərin müvəqqəti sığınacaqla təmin ediləcəyi qeyd olunub.
Aysun Demokrat.az


