Belçikada axtarışda olan narkobaron Türkiyədə tutuldu
Narkotik şəbəkəsinin liderlərindən biri olduğu bildirilən Abdelilah El M.-nin Türkiyədə tapıldığı bildirilib.
Demokrat.az xəbər verir ki, cinayət təşkilatları arasında “Qara” və “Narkos” ləqəbləri ilə tanınan mərakeşli narkobaron saxlanılıb. O, uzun müddət Türkiyədə yaşayıb və xizək tətilindən qayıdarkən yaxalanıb.
Qeyd etmək lazımdır ki, İstanbulda müvəqqəti həbs olunan El M.-nin Belçikaya ekstradisiyası tələb olunur.
Aysun Demokrat.az


