Hatayda 6,4 və 5,8 bal gücündə baş vermiş iki zəlzələdən sonraFövqəladə Halların İdarə Olunması Agentliyi(AFAD) sakinlərə xəbərdarlıq edib.
Xəbərdarlıqda qeyd olunub:
"Zəlzələdən sonra bölgədəki dağılmış tikililərə əsla daxil olmayın, təhlükəli binaların ətrafından uzaq olun."
Qeyd edək ki,AFAD -ın yaydığı məlumata görə, saat 20:04-də Hatay vilayətinin Defne rayonunda 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
20:07-də isə Hatay vilayətinin Samandağ rayonunda 5,8 bal gücündə ikinci zəlzələ baş verib.
Leyla Demokrat.az


