Türkiyənin Hatay şəhərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Demokrat.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 20:04-də Defne rayonunda qeydə alınıb.
Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.
İkinci zəlzələ isə mərkəzi Samandağda 5,8 bal gücündə baş verib. Şəhərdə bəzi binaların uçduğu bildirilir.
Leyla Demokrat.az


