"Azərbaycan prezidenti İlham Əliyevin Münhen səfərini danışıqlar prosesinin Qərblə yenidən əməkdaşlıq prizmasında davam etdirilməsi kimi qəbul etmək olar".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
"Prezident xüsusi vurğuladı ki, Azərbaycan Brüsselin vasitəçiliyi ilə danışıqlar prosesində maraqlıdır. Bu, əslində nəticə almaqdan çox danışıqların müxtəlif platformalarda davam etdirilməsi üçün vacibdir. Məsələ ondadır ki, Rusiya da öz vasitəçilik səylərini davam etdirir kimi görüntü sərgiləyir. Bu durumda alternativ platformanın olması nəticə almaq baxımından Rusiyanın üzərində təzyiq formalaşdırır. Rusiya görür ki, onun sülh müqaviləsi təkliflərinə alternativ sülh təklifləri var və münaqişə tərəfləri daha çox qarşı tərəfin təkliflərinə meyllidirlər və ya ən azı qalib tərəf kimi Azərbaycan Brüssel görüşlərinə meyllidir. Bu durumda Rusiya da öz təkliflərində korreksiyalar etməyə məcbur olur".
Politoloqun sözlərinə görə, Rusiyanın münaqişədə varlığı hər zaman təhlükədir və Azərbaycan da bu təzyiqləri öz üzərində hiss edir: 
Aynurə Demokrat.az


