İdman

"Qarabağ" Belçikaya səfər planı bəlli oldu

Qarabağ Belçikaya səfər planı bəlli oldu

Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində "Gent”lə cavab görüşünü Belçikada keçirəcək "Qarabağ”ın səfər planı müəyyənləşib.

Demokrat.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsilçisi fevralın 21-i saat 17:00-da Bakıdan yola düşəcək.

"Köhlən atlar" Gentdə "Vandervalk" otelində məskunlaşacaq.

Ayın 21-də yerli vaxtla 18:30-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan yarım saat sonra komandanın son məşqi (ilk 15 dəqiqəsi mətbuata açıq) keçiriləcək.

"Gent”lə matç fevralın 23-də Bakı vaxtı ilə 00:00-da "Qelamko" stadionunda keçiriləcək. Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.//qaynarinfo

D
demokrat.az