İdman Özəl

Konfrans Liqası: "Qarabağ" pley-offun ilk oyununda qalib gəldi

Konfrans Liqası: Qarabağ pley-offun ilk oyununda qalib gəldi

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.

Demokrat.az-ın xəbərinə görə, komandamız Bakıda Belçikanın "Gent" klubuna minimal hesabla qalib gəlməyi bacarıb.

İlk hissəsi qolsuz bərabərliklə bitən matçda, əsas hadisələr növbəti 45 dəqiqədə yaşanıb.

52-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Ramil Şeydayev penaltidən yararlana bilməyib.

78-ci dəqiqədəLeandro Andrade Marko Yankoviçin ötürməsini dəqiq tamamlayıb (1:0). Bu hesab "Qarabağ"ı növbəti qarşılaşma üçün ümidləndirib.

16 fevral UEFA Kofrans Liqası, pley-off

"Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 1:0 Qol:Leandro Andrade, 78. Hakimlər:Mohammed Al-Hakim,Fredrik Klyver,Robin Vilde (İsveç) Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

Tərəflər arasında cavab görüşü 24 fevral Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Zamiq Demokrat.az

NE
Nihadə Eyyubova