ABŞ Dövlət Departamentibaşçısının müaviniViktoriya Nulandanti-Rusiya sanksiyalarının yeni paketini elan edib.
Demokrat.az bildirir ki, bupaketABŞvə onun tərəfdaşları tərəfindən "Böyük yeddilik" (G7) çərçivəsində hazırlanıb.
Qeyd olunub ki,Ukraynadaxüsusi hərbi əməliyyatın başlandığı gün - fevralın 24-də sanksiyalar tətbiq olunacaq.
Nuland deyib ki, yeni məhdudiyyətlər yüksək texnologiyalı avadanlıqların və hərbi-sənaye kompleksinin təchizatına təsir edəcək.
"Fevralın 24-ü ərəfəsində həm ABŞ, həm də G7 tərəfdaşlarımızın böyük yeni sanksiya paketinin şahidi olacaqsınız", - Nuland deyib.
Əlavə edək ki, ABŞ prezidentiCo Bayden fevralın 22-dəBrüsseldəRusiya əleyhinə sanksiyaların tətbiq edilməsiniAvropa İttifaqının(Aİ) səfirləri iləmüzakirə edəcək.
Fevralın 16-da isə Aİ səfirləri sintetik kauçukun idxalının qadağan edilməsi təklifi iləəlaqədar Rusiyayaqarşı sanksiyaların onuncu paketibarədə razılığagələ bilməyiblər.
Leyla Demokrat.az


