Sosial Özəl

“Tikinti sektorunda əsl mütəxəssislər, geoloqlar var” — Seysmoloq

“Tikinti sektorunda əsl mütəxəssislər, geoloqlar var” — Seysmoloq

Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra ölkəmizdə tikinti sahəsinə diqqət xeyli artıb. Bu gün vətəndaşlar armatur və sement seçimi ilə yanaşı, tikintiyə başlmazdan əvvəl ərazidə geoloji işlərin aparılıb-aparılmaması narahatlıq doğurur. Bəzi mütəxəssislər hesab edirlər ki, ərazidə hansısa bir obyekt tikilərsə, əvvəlcə orada geoloji işlər və seysmik analizlər aparılmalıdır.

Məsələyə münasibət bildirən seysmoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, vaxtilə geoloqlar tərəfindən Bakı şəhərinin geoloji kəşfiyyat işləri aparılıb. Seysmoloq hesab edir ki, geoloji işlərin aparılmasına ehtiyac yoxdur:

"Çünki bununla bağlı artıq xəritələr mövcuddur və həmin xəritələrdə ərazilər barədə xeyli məlumatlar var. Abşeron yarımadası və Bakı şəhəri ərazisi barədə bilgilər kifayət qədərdir və əlavə bir geoloji tədqiqatlar aparmaq mənasızdır. Bu gün tikinti sektorunda əsl mütəxəssislər, geoloqlar var. Onlar o xəritələrə baxanda özləri bütün bilgilərə yiyələnəcəklər. Əgər onlar mütəxəssis deyillərsə, anlamayacaqlar.

Ümumiyyətlə, burada əlavə işlər aparmaq artıqdır. Hamı bilir ki, harada nə var. Ərazidə hansı proseslər gedir, bərk sütunlar nə qədərdir. Yeni geoloji işlərin aparılmasına lüzum yoxdur".

Nəzrin Demokrat.az

D
demokrat.az