Kriminal Özəl

Bakıda arvadını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır

Bakıda arvadını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır

Bakının Yasamal rayon unda arvadını öldürməyə cəhd etməkdə ittiham olunan 1989-cu il təvəllüdlü Araz İsazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən ilin avqustun 30-da, saat 09 radələrində Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri Araz İsazadənin küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nuridə Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib. İstintaq orqanı tərəfindən Araz İsazdənin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az