Xarici siyasət

Gələn ay Azərbaycanda "COVID-19"-dan sonrakı dünyaya həsr olunan sammit keçiriləcək

Gələn ay Azərbaycanda COVID-19-dan sonrakı dünyaya həsr olunan sammit keçiriləcək

Azərbaycanda gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunan növbəti sammit keçiriləcək.

Demokrat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qananın Azərbaycandakı səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edərkən deyib.

Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitinə ev sahibliyi edəcəyini bildirən dövlət başçısı ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Prezident Azərbaycanın təşkilatın sədri kimi peyvənd millətçiliyinə qarşı apardığı fəaliyyətini xatırladaraq bu sahədə yaxşı nailiyyətlərin əldə olunduğunu qeyd edib.

D
demokrat.az