13 fevral 2023-cü il tarixdə Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Salyan rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə və Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Əbədiyaşar Lider" adlı rəsm sərgisi keçirilmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə göstərdiyi fəaliyyət xalqımız tərəfindən həmişə fəxrlə yad edilir.
Sonra tədbirdə çıxış edən Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor müavini İlhamə Xudazarova bildirdi ki, ötən əsrdə iki dəfə xalqımızın və dövlətçiliyimizin ən ağır vaxtında məsuliyyəti öz üzərinə götürərək siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarmış, dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Bütün bu xeyirxah əməlləri ilə xalqın ürəyində özünə əbədilik qazanmışdır.
Daha sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.Şagirdlər Ümummilli Liderə həsr olunmuş şeir kompozisiyaları ilə çıxış etdilər. Sonra şagirdlər rəsm işlərini çəkməyə başladılar.Sonra sərgiyə baxış keçirildi.
Sonda bir qrup istedadlı şagird Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.





