Qlobal iqtisadi risklər və korreksiya dinamikası neftin təxminən1% ucuzlaşmasına səbəb olub.
Demokrat.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftinaprel fyuçersləri1,02% ucuzlaşaraq 1 bareli85,51ABŞ dollarına satılıb. "WTI" markalı neftinmart fyuçerslərinin qiyməti isə1,14% düşüb və 1 bareli78,81ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən ərzində neft qiymətlərində təxminən8% artım qeydə alınıb. Buna, xüsusən də Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın mart ayında Rusiyada neft hasilatının azaldılması planları ilə bağlı bəyanatı təsir edib.


