Əməkdar artist Mətanət İsgəndərli qohumlarının Türkiyədə Kahramanmaraşda baş verən zəlzələdə həlak olduğunu deyib.
Axşam.az xəbər verir ki, müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, qızı Ülkərin ailə qurduğu Enginin xalasıda zəlzələ olan bölgədə yaşayır:
"Qızlarının birinin 10, digərinin isə 12 yaşı var idi.İki uşaq da ölüb. Bircə oğul övladları qalıb. Ata, ana o qədər səbrlidirlər ki... Deyirlər, biz sevinirik ki, qızlarımın ikisi də bir yerdədirlər, darıxmayacaqlar. Gör, ana nə deyir.Onunla özünə toxtaxlıq verir. Özü də övladlarına necə bağlı ailə idi".


