İdman

"Real" bu yayın "transfer bombası"nı partlatdı

Real bu yayın transfer bombasını partlatdı

Eden Azarın “Real”a gözlənilən keçidi rəsmiləşib.

Bu barədə “kral klubu” rəsmi açıqlama yayıb.

Bildirilib ki, belçikalı yarımmüdafiəçi ilə 2024-cü ilə kimi müqavilə imzalanıb. Onun üçün “Çelsi”yə nə qədər ödəndiyi və oyunçunun qazancı haqqında rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, 2012-ci ildən “Çelsi”də çıxış edən Azar son olaraq Bakıda keçirilən Avroliqa finalında komandasının heyətində meydana çıxmış və 2 qolla komandasının kuboku qazanmasında böyük pay sahibi olmuşdu. (Matc.az)

D
demokrat.az