Tbilisi şəhər məhkəməsi Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhəti ilə əlaqədar onu həbsdən azad etmək barədə müdafiə tərəfinin müraciətini rədd edib.
Demokrat.az bildirir ki, müvafiq qərarı iclasda hakim Giorgi Arevadze bəyan edib.
Qeyd edək ki, fevralın 6-da Tbilisi Şəhər Məhkəməsində məhkəmə iclası keçirilib. Həmin məhkəmədə tərəflər yekun nitq söyləyiblər.
Mixeil Saakaşvili iclasdan sonra etdiyi “Facebook” paylaşımında məhkəmənin qərarını özünün “ölüm hökmü” adlandırıb və ölümcül xəstəliklərlə həbsdə saxlanılacağını qeyd edib.
Leyla Demokrat.az


