Maraqlı

“YouTube”-dan yeni QADAĞA

“YouTube”-dan yeni QADAĞA

“YouTube” videohostinqi öz meydançasında şovinist xarakterli materiallarla mübarizəni gücləndirdiyini elan edib.

Demokrat.az-ın xəbərinə əsasən, bu barədə servisin bloqunda məlumat yerləşdirilib.

“YouTube” qeyd edir ki, şirkət hələ 2017-ci ildə hər hansı qrupun üstünlüyünü göstərən roliklər üçün sərt tələblər yeridib. Nəticədə bu cür videoların izləmə sayı ortalama olaraq 80% azalıb.

“Bu gün biz yaş, cins, irq, kasta, din, seksual orientasiya, yaxud veteran statusuna əsaslanaraq hər hansı bir qrupun üstünlüyünü nəzərdə tutan videolara qadağa qoymaqla yeni addım atırıq”, - deyə şirkətdə bildirilib.(oxu.az)

D
demokrat.az