Hadisə

21 yaşlı gənc dəm qazından boğulub öldü

21 yaşlı gənc dəm qazından boğulub öldü

Sumqayıtda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Qurd dərəsi" yaşayış massivində baş verib.

2002-ci il təvəllüdlü Səfərli Eltun Asəf oğlu yaşadığı evdə dəm qazından boğulub. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Araşdırma aparılır.

D
demokrat.az