Hadisə

Hacıqabulda ağır yol qəzası - ölən və yaralananlar var (YENİLƏNİB)

Hacıqabulda ağır yol qəzası - ölən və yaralananlar var (YENİLƏNİB)

Hacıqabulda baş verən yol qəzasında 2 nəfər ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Vito” markalı, B 017 KN 134 dövlət nömrə nişanlı avtomobil anidən idarəetməni itirərək aşıb. Nəticədə Rusiya vətəndaşı olan azərbaycanlılar hadisə yerində ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

*** 09:17

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı 2 nəfərin öldüyü bir neçə nəfərin isə yaralandığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

D
demokrat.az