Dünya Özəl

Bayden bu tarixdə Avropaya gəlir

Bayden bu tarixdə Avropaya gəlir

ABŞ prezidenti Co Bayden Avropaya səfər etməyi planlaşdırır.

Demokrat.az xarici mətbuata istinadən bildirir ki, onun səfəri fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ildönümü ilə bağlı olacaq.

“Mənbələrin məlumatına görə, Bayden gələn ay Ukraynanın işğalının ildönümü ilə əlaqədar Avropaya səfər etməyi düşünür. Eyni zamanda ABŞ prezidentinin bir neçə ölkəyə, o cümlədən Polşa da səfəri nəzərdə tutulur.Bayden administrasiyasının rəsmiləri həmçinin fevralın sonunda Ukraynaya daha bir böyük hərbi yardım paketinin elan edilməsini müzakirə edirlər."-deyə bildirilir.

Xatırladaq ki,Bayden 2022-ci ilin yazında Ukraynaya səfər etməyə hazır olduğunu demişdi.

Daha sonra isə Ağ Evbelə bir səfərin hələ planlaşdırılmadığını açıqlamışdı.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova