Gündəm Özəl

Bayden "Abrams" tanklarının Ukraynaya təhvil veriləcəyini açıqladı

Bayden Abrams tanklarının Ukraynaya təhvil veriləcəyini açıqladı

Amerika Birləşmiş Ştatları "Abrams M1" döyüş tanklarını Ukraynaya təhvil verəcək.

Bu barədə ABŞ prezidenti Co Bayden bəyanat yayıb.

Bildirilib ki, tankların sayı 31-dir.

"Biz Ukraynaya öz ərazisini müdafiə etmək və əks-hücuma keçməkdə kömək etmək niyyətindəyik. Ölkəni azad etmək üçün onlar öz müdafiə qabiliyyətini artırmalıdırlar. Bu gün biz 500-dən çox zirehli texnika ayırırıq və mən də elan edirəm ki, biz 31 Abrams tankıUkrayna üçün ayırırıq” -deyə o qeyd edib.

Bayden vurğulayıb ki, Abrams tanklarını idarə etmək çox çətindir, ona görə də kadr hazırlığı və logistika təmin edilməlidir.

"Biz Ukrayna hərbçilərinə bununla bağlı təlim keçəcəyik və ən qısa zamanda bunu etməyə başlayacağıq. Tankları döyüş meydanına çıxarmaq üçün vaxt lazımdır və Ukrayna hərbçilərinin onlardan istifadə etməyə hazır olması üçün səylər göstərilməlidir", - o əlavə edib.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova