Region Özəl

Ərdoğan mənə “kobram” deyir — Qaraçı müğənni (VİDEO)

Ərdoğan mənə “kobram” deyir — Qaraçı müğənni (VİDEO)

Əyləncəli roman musiqiləri oxuyaraq məşhurlaşan "Kobra Murat" ləqəbli Murat Divandiler maraqlı açıqlaması ilə diqqət çəkib .

Demokrat.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Haber Global"da yayımlanan Buket Aydın ilə "Üz-üzə" proqramının bu dəfəki qonağı qaraçı əsilli müğənni Murat Divandiler olub.

Şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verən Divandiler prezident Ərdoğanın ona "kobram" deyə müraciət etdiyini bildirib:

"Prezidentimiz mənə "kobram" deyir . O məni çox sevir, mən də onu . O, nur üzlü bir insandır".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə ölkədə yaşayan qaraçı əsilli tanınmış simalarla görüş keçirib.

Ərdoğan mənə “kobram” deyir — Qaraçı müğənni (VİDEO)
Arzu Demokrat.az

D
demokrat.az