Kriminal Özəl

Azərbaycanda kişi özünə bahalı paltar alan arvadını döydü — TƏFƏRRÜAT

Azərbaycanda kişi özünə bahalı paltar alan arvadını döydü — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1968-ci il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində həyat yoldaşı Ramiləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 26 ilə yaxındır Ramilə ilə ailə həyatı qurub: “Hadisə baş verən günü, saat 10.00-da yaşadığımız evdə olan zaman həyat yoldaşım özünə yeni bir gödəkçə almasını dedi. Ondan həmin gödəkçəni neçəyə aldığını soruşdu. O, 200 manata almasını bildirdi. Ramiləyə dedim ki, daha ucuz ala bilərdin. Bu zaman Ramilə mənə “sən kimsən” deyərək cavab verdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra əsəbiləşib və Ramilənin baş nahiyyəsinə yumruqla zərbələr endirməyə başlayıb: “Daha sonra sakitləşdim və evdən getdim. Törətdiyim əməldən peşmanam”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən İlqarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az