Kriminal

Arvadını bıçaqlayan ər saxlanıldı — YENİLƏNİB

Arvadını bıçaqlayan ər saxlanıldı — YENİLƏNİB

Yanvarın 21-də Sumqayıt şəhəri Corat bağlarında yaşayan 1964-cü il təvəllüdlü Sevil Quliyevanı bıçaqlamaqda şübhəli bilinən həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Hüseynxanov saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan qadının bıçaq xəsarətləri alması barədə polisə məlumat daxil olub.

Demokrat.az xəbər verir ki, DİN-in mətbut xidmətinin məlumatına görə, araşdırmalarla cinayət əməlini törədən 1964-cü il təvəllüdlü Sevil Quliyevanın həyat yoldaşı, 1963-cü təvəllüdlü Atlıxan Huseynxanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

D
demokrat.az