Region

Çavuşoğlu ABŞ dövlət katibi ilə görüşüb

Çavuşoğlu ABŞ dövlət katibi ilə görüşüb

Vaşinqtonda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.

Bu barədəAPA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd edək ki, görüş Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində keçirilir və bir sıra regional məsələlər, o cümlədən F-16 qırıcılarının Türkiyəyə tədarükünün müzakirə olunacağı gözlənilir.

Görüş zamanı Çavuşoğlu Türkiyə və ABŞ-nın NATO çərçivəsində terrorla birgə mübarizə aparmaqlarının vacibliyindən də söhbət açacaq.

NE
Nihadə Eyyubova