“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçisi Abbas Hüseynov yaxın günlərdə əməliyyat olunacaq.
Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib.
Onun sözlərinə görə, cərrahi müdaxilə Almaniyada baş tutacaq:
“Şahruddin yaxın 1-2 gündə, Abbas isə yanvarın 25-dən sonra Almaniyaya yola düşəcək”.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin qolu sınıb, Abbas Hüseynov isə dizindən zədə alıb.


