İqtisadiyyat

Neft ucuzlaşaraq Azərbaycan üçün kritik səviyyəyə yaxınlaşıb

Neft ucuzlaşaraq Azərbaycan üçün kritik səviyyəyə yaxınlaşıb

Ticarət müharibəsinin neftə tələbi azaldacağı proqnozlarını güclənməsilə əlaqədar olaraq neft qiymətləri düşməkdə davam edir.

Demokrat.az xəbər verir ki, Brent nefti daha 5,6% ucuzlaşma ilə 61.69 dollara, ABŞ xam nefti isə 5,7% də ucuzlaşaraq 53.37 dollara düşüb.

Ticarət müharibəsinin qlobal iqtisadi artımı, o cümlədən ABŞ və Çində iqtisadi inkişafı ləngidəcəyi və nəticədə neftə tələbin azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 2019-cu ilin dövlət büdcəsində neftin qiymətini 60 dollar götürüb.

Brent nefti son 1 həftədə 10.19%, son 1 ayda isə 12.81% ucuzlaşıb.

ABŞ Prezidenti Donald Trampın Meksikaya 5% gömrük vergisi tətbiq olunacağını açıqlaması və Çin tərəfindən ABŞ-a cavab veriləcəyinin siqnalının verilməsi qlobal ticarət müharibəsi narahatlıqlarını daha da artırıb. Qlobal birjalar düşməkdədir.(Marja)

D
demokrat.az