"Rusiyanın Ruben Vardanyanı Qarabağ üzərində təyin etməyə çalışması böyük səhv idi".
Bu sözləri Demokrat.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.Ekspert qeyd edib ki, prezident açıq mətnlə çıxış zamanı onun üzərindən xətt çəkdi: 
Belə ki, burada əsas amil də aksiyaların başlanması ilə oldu. Faktiki bölgədə belə bir situasiyanın yaranması administrativ erməni idarələrini mitinq ərəfəsi pis vəziyyətə qoydu. Bir növ Araik Arutyanla Paşinyan birləşib Vardanyanı oyundankənar vəziyyətdə qoydu. Rusiyanın yalnız bir çıxış yolu var. Bu da Paşinyanın karyerasını başa çatmasıdır. Bu da Paşinyanın ya inqilab, ya da çevriliş yoluyla, öldürülməsiylə mümkündür. Əks halda, onların yürütdüyü bu siyasətin heç bir alternativi ola bilməz".
Nəzrin Demokrat.az


