“Azərbaycan Hava Yolları”QSC (AZAL) novruz bayramı ərəfəsində Azərbaycandan Rusiya, Çexiya və Qazaxıstanın şəhərlərinə əlavə reyslər açır.
Bu barədə AZAL məlumat yayıb.
Bildirilir ki, bundan başqa, aviaşirkət Bakı-Praqa-Bakı istiqamətində yay cədvəli çərçivəsində də biletlərin satışını elan edir.
Sankt-Peterburq, Mineralnıye Vodı, Həştərxan, Ufa, Praqa və Aktau şəhərlərinə uçuşların cədvəli ilə aviaşirkətinwww.azal.azsaytında tanış olmaq mümkündür.


