Fransanın paytaxtı Parisdə elektrikli skuterlərdən istifadənin davam etdirilməsi və ya qadağan edilməsi ilə bağlı qərarın qəbulu üçün referendum keçiriləcək. Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Paris meri Anne Hidalqo verib.
O, qeyd edib ki, referendum keçirilməsi aprelin 2-ə təyin olunub:
"Son aylarda həm ölkəmizdə, həm də dünyada tez-tez skuterlərlə bağlı baş verənlərə görə belə bir diqqətçəkən qərar verildi. Parisdə skuterdən istifadənin qadağan edilməsi ilə bağlı referendum keçiriləcək" - deyə qeyd edib.
Paris meri paytaxt əhalisini öz fikirlərini bildirmək üçün səsverməyə dəvət edib. Hidalqo bu problemin "son dərəcə bölücü" olduğunu və skuter sürücülərinin səkilərə çıxmaq və piyada yollarında park etmək üçün tənqid edildiyini söyləyib.
Hidalqo qadağa məsələsinin qəbuluna yaxın olduqlarını bildirib. Onun fikrincə, Parisdə skuterdən istifadə qadağan olunsa, bu qərar Avropanın böyük şəhərləri arasında istisna hal olacaq.
Jalə Demokrat.az


