Bərdə rayonunda 1987-ci il təvəllüdlü Eldəniz şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Sənana xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 19 dekabr 2021-ci ildə, təxminən saat 19 radələrində baş verib. Eldəniz Bərdə şəhəri H.Əliyev prospektində yerləşən avtomobil yuma sexinin arxa tərəfində kimsənin olmadığı yerdə qohumluq münasibəti olan Sənan ilə təsadüfən qarşılaşıb.
Eıdəniz hadisədən əvvəlki günlərdə nəyə görə Sənanın onun mobil telefonundan özünün icazəsi olmadan başqa- başqa şəxslərə zəng etmiş olduğunu, bu zəngə görə sonradan həmin şəxslərin onun mobil nömrəsinə zəng edib, onu narahatçılıq yaratdıqlarından, ailədə həyat yoldaşı ilə aralarında narazılıq doğuran halların baş verməsini irad tutub.
Eldəniz bir daha onun mobil telefonu ilə kimlərəsə zəng etməməsini bildirib. Sənan isə ona tutulan irada görə əsəbləşib. O, Eldənizə “yaxşı edib zəng edirəm“ deyib.
Bu səbəbdən onların arasında mübahisə, daha sonra isə dava baş verib. Bu vaxt Eldəniz bıçaqla Sənaan xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Eldənizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldəniz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bərdə rayonunun Əliyanlı kəndində ailə üzvüləri ilə birlikdə yaşayır: “Ailəni yeganə dolandıran mənim, himayəmdə 3 azyaşlı uşaqlar Özümün rəsmi işim olmasa da, elə fəhləlik edib ailəmi dolandırıram”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 19-da onun tanışı Əli Bərdə rayonunun Yenidaşkənd kəndinin ərazisində yerləşən “Soyuqbulaq” yeməkxanasında azyaşlı oğluna kiçik toy etdiyindən onu da həmin toya dəvət edib: “Mən də elə buna görə həmin gün saat 15 radələrində həmin sünnət toyuna getdim. Təxminən saat 18-30 radələrində evə getmək vaxtı çatdığını gördüm. Yeməkxanadan çölə çıxıb, tanımadığım və dövlət qeydiyyat nişanı bilmədiyim taksi maşınına minərək Bərdə şəhərində 155 nömrəli binanın yanına gəldim. Həmin yerə gəlməkdə məqsədim o olub ki, orada yerləşən qəssabxanaya qoymuş olduğum fəhləlik edərkən geyindiyim paltarı oradan götürərəək evimə gedim. Təxminən saat 19 radələrində maşın yuma sexinin arxa tərəfindən keçən yolla qəssabxanaya gedərkən, orada tanışım və həyat yoldaşımın qohumu olan Sənan ilə rastlaşdım. Söhbət edərkən ona irad tutaraq nəyə görə telefonumu götürüb başqa adamlara zəng etdiyini bildirdim. Onun etdiyi bu zənglərə görə tanımadığım adamların mənə zəng etdiyini, bu da ailədə həyat yoldaşım ilə aramızda söz- söhbətə səbəb olduğunu dedim. Belə deyəndə Sənan da dedi ki, yaxşı edir, həm də mənə çox pis nalayiq söz dedi. Sənan üstümə tərəf gələrək mənə əl atdı. Geri çəkildiyimdən Sənanın əli mənə dəymədi. Sənanın sinəsindən geri itələyərək özümdən uzaqlaşdırdım və getməsini dedim. Bu zaman Sənan cibindn bıçaq çıxardı, məni vurmaq istədi. Bıçağın tiyəsindən tutaraq Sənanın əlindən alarkən bıçağın tiyəsi sağ əlimin ovuc hissəsini, barmaqlarımı kəsdi”.
Eldəniz bildirib ki, buna baxmayaraq bıçağı Sənanın əlindən alıb: “Bıçağı ona tərəf atanda Sənan özünü sağ tərəfə çəkdiyindən, bıçaq onun döş qəfəsinə dəydi. Sənanı vurmaq fikrim olmayıb. Sənanı vurduğum bıçağın necə olduğunu bilməmişəm. Həmin hadisə baş verərkən orada başqa kənar şəxs olmayıb. Sənanı vuranda orada kimsə olmadığından bunu kimsə görməyib”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Eldəniz 1 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


