Region

Hulusi Akar Londona səfər etdi

Hulusi Akar Londona səfər etdi

Türkiyə milli müdafiə naziri Hulusi Akar Birləşmiş Krallığa səfərə yola düşüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfər Birləşmiş Krallığın müdafiə naziri Ben Uollesin dəvəti əsasında baş tutub.

Səfər zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik, müdafiə sənayesi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

NE
Nihadə Eyyubova