Türkiyədə növbəti dəfə meşə yanğını qeydə alınıb.
Demokrat.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Hatay vilayətində olub.
Vilayətin Arsuz rayonunda meşə massivində səbəbi məlum olmayan yanğın başlayıb.
Yanğınsöndürən qüvvələrin 1 saatlıq gərgin fəaliyyətindən sonra yanğını nəzarət altına almaq mümkün olub.
Bildirilib ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir və meşənin yanmasının səbəbləri öyrənilir.


