Daxili siyasət Özəl

“Müharibə veteranlarına verilən aylıq prezident təqaüdü də artırılacaq” — AÇIQLAMA

“Müharibə veteranlarına verilən aylıq prezident təqaüdü də artırılacaq” — AÇIQLAMA

“Qlobal iqtisadiyyatın bir parçası olan Azərbaycan da dünyada baş verən inflyasiyadan təsirlənib. Lakin dövlət başçısının fərman və sərəncamları ilə 2023-ci ilin əvvəlindən ölkəmizdə sosial ödənişlərin artımını nəzərdə tutan növbəti islahat paketi həyata keçirilib. Düşünürəm ki, qəbul olunan geniştərkibli sosial paketlər bu təsiri minimuma endirə biləcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Cəfərov bildirib. Deputatın dediyinə inansaq, bu artımlar bir çox sahələri əhatə edəcək:

“Azərbaycan dövləti bir daha siyasətinin əsas qayəsinin vətəndaşın rifahı olduğunu sübut etdi. Bu gün qlobal böhran bütün dünyada hiss olunur, bunun əsas səbəbi pandemiya və hərbi toqquşmalardır. Ancaq dövlətimizin əsas prioriteti bütün bu proseslərin vətəndaşların rifah halına mənfi təsirinin qarşısını almaqdır. Azərbaycanın dərin məzmunlu sosial siyasətində əhalinin, xüsusilə də aztəminatlı insanların gəlir imkanlarının artırılması xətti vacib yer tutur. Bu baxımdan, dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan dördüncü sosial paketlə bu siyasətin ardıcıl səciyyə daşıması öz təsdiqini tapır”.

“Müharibə veteranlarına verilən aylıq prezident təqaüdü də artırılacaq” — AÇIQLAMA
M.Cəfərov hesab edir ki, həyat səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayan sosial ödənişlərin artırılması sosial islahatların əsas istiqamətlərindən biridir:

“Həmçinin, ildən-ilə aktiv məşğulluq proqramlarının da tərkibi genişləndirilir. Prezident İlham Əliyevin sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında, onların kiçik sahibkarlığa çıxışına imkan yaradılmasında mühüm dəstəkdir. Bu proqram kiçik sahibkarlığa çıxışı asanlaşdırdığı kimi işsizliyi azaldır və ölkədəki iqtisadi artım indeksini daha da qaldırır. Deyərdim ki, ölkəmizdə aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Artıq beynəlxalq aləmdəki tərəfdaşlarımız da Azərbaycanda olan inkişafı və xüsusilə əhalinin sosial durumundakı irəliləyişləri yüksək qiymətləndirib, dəstəklədiklərini ifadə edirlər".

"Ümid edirəm ki, növbəti günlərdə müharibə veteranlarına verilən aylıq prezident təqaüdü də artırılacaq. Hələ ki, bu artımlardan faydalanmayan bizim Qarabağ zəfərinin sütunları ilə bağlı təklifin hazırlanıb, cənab Prezidentə təqdim olunması da artıq zərurətə çevrilib”, - deyə deputat sonda qeyd edib.

Aynurə Demokrat.az

D
demokrat.az