"Xankəndi baş separatçısı Araryik Artyunyanın qondarma qurumun Təhlükəsizlik şurasının katibi Vitali Balasanyanı tutduğu vəzifədən azad etməsi bir çox suallar doğrusa da hadisələr durulmağa başlayır və bölgədə vəziyyət aydınlaşır".
Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib.
O qeyd edib ki, Azərbaycan tərəfinin çıxışlarında bir neçə dəfə Qarabağ erməniləri ilə bir neçə dəfə kontakların olması barədə məlumatlar olsa da, bu danışıqların son dövrlərdə dayandırılmış kimi görünür:
"Separatçı rejim tərəfindən əlaqələrin qurulmasında aparılan görüşlərə Balasanyanın rəhbərlik etməsi və qəflətən onun vəzifədən uzaqlaşdırılması müəyyən oyunların getməsini düşünməyə əsas verir. Məlumdur ki, Balasanyan bu söhbətlərdə iştirak üçün səlahiyyəti qondarma qurumun yetkiləri tərəfindən almışdır. Eyni zamanda, məhz Balasanyan danışıqları yarımçıq kəsmişdir. Sirr deyil ki Balasanyan Daşnaksutyun partiyasının ideologiya daşıycısıdır və eyni adlı təşkilat tərəfindən qondarma parlamentdə təmsil olunub. Hərbi cani və keçmiş Ermənistan prezidenti Robert Koçaryanla isti münasibətləri var və onun prezidentliyə namizədliyini dəstəkləmişdi . Erməni ekspertlər Balasanyanın istefasını Vardanyanla münasibətlərinin korlanması ilə əlaqələndirsələr də, hesab edirəm ki, Artyunyan Vardanyanlakonfliktinə görə onu vəzifəsindən azad etməzdi. Çünki, Moskvadan təyinatla qarabağa göndərilən Vardanyan Araryik Artyunı narahat edir".
Analitik qeyd edibki, Rusiya sülhməramlıları demək olar ki, bütün məsələləri Vardanyanla həll edir:
"İdarəetmədə ofsayt vəziyyətinə düşən Arayik isə çıxış yolunu Azərbaycan tərəfi ilə kontakt yaratmaqda görə biilər. O səbəbdən də, Vardanyanın tərəfinə keçən Balasanyan vəzifəsindən götürülüb. Nikol Paşinyan bugünkü çıxışnda məhz separatçı rejimi kontaklardan qaçmaqda suçlamışdı. Artıq Yereavan etiraf edir ki, onun Qarabağ seaparatçılarına nüfuz etmək səlahiyyəti və təsir imkanları yoxdur. O etiraf edib ki, 1993-cü ildə BMT təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi Azərbaycan ərazisində hər hansı separatçı rejimin hüquqi status almasını bir dəfəlik bloklayıb.Daha sonra Paşinyan çıxışnda bildirib ki, Laçın koridoruna Azərbaycan və Rusiya sülhməramlıları cavabdehlik daşıyırlar. Arayik Artyunyanın Balsanyanı əvəzləməsi Vardanyan üçün müəyyən vaxt qazandırsa da, böyük ehtimalla onun yerinə təyinat almış Ararat Melkumyan danışıqlara qatılacaq. Balasanyanın istefası hazırda Azərbaycanla Qarabağ ermənilərinin arasındakı kontaktın kəsilməsi deməkdir.İndiki şəraitdə onun yerinə təyin edilən Ararat Melkumyanın bu işi davam etdirəcəyi gözlənilir".
"Rusiyanın hazırda proseslərə siyasi manevrlərlə təsir etməyə çalışır.Bu onun üçün tək variantdır.İndiki şəraitdə Rusiya qafqazda ikinci hərbi cəbhə açmaq iqtidarında deyil və Türkiyə faktorunu da unutmamaq lazımdır.Azərbaycan və Türkiyənin bölgədə hərbi dominatlığı və siyasi üstünlüyü hadisələri nəzarətdə saxlamağa imkan verir", - deyə, analitik sonda qeyd edib.
Nəzrin Demokrat.az


