TürkiyəprezidentiRəcəb Tayyib Ərdoğan yanvarın 12-13-də Ukrayna və Rusiya prezidentləri ilə yaralıların müalicəsi üçün humanitar dəhlizin açılmasını müzakirə etmək niyyətindədir.
Bu barədə Türkiyənin Ombudsmanı Şeref Malkoç məlumat verib.
Onun sözlərinə görə, bu gün və ya sabah Ərdoğan onlarla Rusiya ilə Ukrayna arasında humanitar dəhlizin açılması məsələsini müzakirə edəcək.
"Biz humanitar dəhlizin açılması üçün səy göstərmək istəyirik. Prezidentimizin rəhbərliyi ilə lazımi işə başlanılıb. Demək istəyirəm ki, müəyyən mənada görüşümüz olacaq" -deyə, Malkoç deyib.
Xatırladaq ki, yanvarın 5-də Ukrayna prezidenti Volodimir Zelenski ilə Ərdoğan arasında telefon danışığı olub.
Leyla Demokrat.az


