Bakını Xəzər rayonunda qətl törətməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Arzuman Fazilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cnayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub
Arzuman Fazilov 18 il müddətinə azadlıqdan mərhum edilib.
İttihama görə, ötən ilin iyulun 15-də Binə qəsəbəsindəki fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun bıçaqla çoxsaylı xəsarətlər yetirməklə V.Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, bir neçə il əvvəl Vüsalə ilə Arzuman yola getmədikləri üçün boşanıblar. Bundan sonra qadın 2 övladı ilə birgə Binə qəsəbəsində kirayə tutduğu evdə yaşamağa başlayıb. Boşanmalarına baxmayaraq, Arzuman keçmiş həyat yoldaşını izləyib. O, hadisə gün küçədə Vüsaləyə yaxınlaşmaq istəyib. Arzumanın onu öldürəcəyini güman edən qadın dərhal qaçmağa başlayıb və kömək çağıraraq küçədən qonşunun həyətinə daxil olub.
Lakin V.Əliyevanın ardınca həmin evin həyətinə daxil olan Arzuman Fazilov ona çoxsaylı bıçaq zərbələri endirib. Qonşular təcili tibbi yardım çağırsa da, Vüsalənin həyatını xilas etmək mümkün olmayıb.
Fariz Məlikli Demokrat.az


