İdman Özəl

Messi, Mbappe və Benzema bir komandada...

Messi, Mbappe və Benzema bir komandada...

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2022-ci ilin simvolik komandasına layiq görülən futbolçuların adlarını açıqlayıb.

Rəmzi komandanın heyəti belədir:

Qapıçı: Tibo Kurtua (“Real Madrid”, Belçika)

Müdafiəçilər: Alfonso Devis (“Bavariya”, Kanada), Vircil van Deyk (“Liverpul”, Hollandiya), Coşko Qvardiol (“Leypsiq”, Xorvatiya), Əşrəf Hakimi (PSJ, Mərakeş);

Yarımmüdafiəçilər: Lionel Messi (PSJ, Argentina), Kevin de Bruyne (“Mançester Siti”, Belçika), Luka Modriç (“Real Madrid”, Xorvatiya);

Hücumçular: Kilian Mbappe (PSJ, Fransa), Kərim Benzema (“Real Madrid”, Fransa), Erlinq Haaland (“Mançester Siti”, Norveç).

Rəmzi komandada Paris Sen-Jermendən (PSJ) və “Real Madrid”in hərəsindən üç oyunçuya yer verilib. “Mançester Siti”nin heyətində iki futbolçu simvolik yığmada özünə yer tapıb.

Zamiq Demokrat.az

NE
Nihadə Eyyubova