Hadisə

Qubadan Bakıya gələn avtobus aşıb — RƏSMİ (VİDEO)

Qubadan Bakıya gələn avtobus aşıb — RƏSMİ (VİDEO)

Siyəzən rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə açıqlama verilib.

Demokrat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində “Hyundai” markalı 50-EA-628 markalı sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün avtomobili dayandırıb:

“Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və yolun kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır”.

D
demokrat.az