Zərdab rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəhman Feyzullayev tutduğu vəzifədən azad edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rəhman Feyzullayevin yaş həddi ilə əlaqədar vəzifədən çıxarıldığı deyilir.
Rəhman Feyzullayev bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu.
Qeyd edək ki, yaxın vaxtlarda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun da yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunması gözlənilir. Hazırda Mərdan Camalovun yaşı 66-nı ötüb.
Vaqif Hüseynli Demokrat.az


